Kitablar
«Quşlar»
«Quşlar» – kitabı Azərbaycanda ən çox yayılmış quşlar haqqındadır. Bu kitab vasitəsilə ətrafımızdakı quşları tanıyacaq və onlar haqqında maraqlı məlumatlar əldə edəcəyik.
«Ən quşlar»
«Ən quşlar» – Azərbaycanda yaşayan ən sürətli, ən ağır, ən balaca, ən az sayda qalan quşlardan bəhs edəcək.
«Ağaclar və kollar»
«Ağaclar və kollar» – kitabı sizi Azərbaycanın ağacları və kol bitkiləri ilə tanış edəcək.
«Cip-Cip gəzintidə»
«Cip-Cip gəzintidə» – 4-5 yaşlı uşaqlara oxumağı öyrədən şəkilli kitabdır. Uşaqlar həm sözləri üzündən oxumağı öyrənəcəklər, həm də kitabın qəhrəmanı Cip-Cipin fermada başına gələn hadisələrdən agah olacaqlar.
«İkimizdən biri»
«İkimizdən biri» – «Ailə» seriyasının ilk kitabıdır. Hər bir kitabda ayrı-ayrı hadisələr baş verəcək və sonda problem həllini tapacaq. İlk kitabımız ailədə ikinci uşağın dünyaya gəlməsindən bəhs edir. Əvvəlcə evin böyük uşağı bu hadisəyə sevinsə də, böyüklərin bütün diqqətinin yeni uşağa yönəlməsi sonradan onu məyus edir. Böyük uşaq hansı hissləri keçirir? O, valideynlərinin, nənə-babasının diqqətini özünə necə cəlb edəcək?
«Pələngin zolaqları»
«Pələngin zolaqları» – Ülviyyə Məmmədovanın yazdığı yeni nağıldır. Pələnglərin arasında, sadəcə, bir pələngin zolaqları yoxdur. Buna görə digər pələnglər onunla oynamaq istəmir.
«Qurbağa Motmut darıxırdı»
«Qurbağa Motmut darıxırdı» – yeni nağıldır. Qurbağa Motmut yaşadığı göldə darıxır. Bir gün eşidir ki, gölün yanındakı dağın o biri tərəfində daha böyük bir göl var. Amma ora getmək çox təhlükəlidir. Buna baxmayaraq, Motmut qərar verir ki, ora yollansın.
«İnsanın uçmaq arzusu»
«İnsanın uçmaq arzusu» – bu kitab elm və texnologiya ilə maraqlanan uşaqlar üçündür. Kitabda müəllif Həmid Piriyev insanın uçmaq arzusunun hansı ixtiralara gətirib çıxardığı haqda danışacaq.
«Sevmək nə deməkdir?»
«Erix Fromma görə, sevmək nə deməkdir?» – kitab fəlsəfə ilə maraqlanan uşaqlar üçün nəzərdə tutulub. Burada uşaqlar Erix Frommun ananın övladına olan sevgisi, ata sevgisinin ana sevgisindən fərqlənməsi, bir insanın başqa insanı, özünü sevməsi ilə bağlı fikirləri ilə tanış olacaqlar.
«Dünya nağılları»
«Dünya nağılları» – Biz 12 xalqın nağılını seçib Azərbaycan dilinə tərcümə edəcəyik. Nağıllar həm Azərbaycan, həm də orijinal dildə veriləcək. Qədim nağıllar müasir illüstratorların çəkdiyi rəsmlərlə yenidən canlanacaq.